e-ISSN: 2617-7668     print ISSN: 2522-9176
Cild 1 № 2-1 (2017): Qeyri-infeksion xəstəliklərin iqtisadi yükü və onlarla mübarizə strategiyaları" I Milli Konfransın elmi materialları
##common.pageHeaderLogo.altText## AVRASİYA KLİNİK ELMLƏR JURNALI

2017

Cild: 1
Nömrə: 2-1
Çap edilib: aprel 5, 2018

Qısa keçidlər


Qeyri-infeksion xəstəliklərin iqtisadi yükü və onlarla mübarizə strategiyaları" I Milli Konfransın elmi materialları

18 dekabr 2017-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda I Milli Konfrans təşkil olundu. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası məsələləri, həmçinin son iki il ərzində qeyri-infeksion xəstəliklərlə (QİX) mübarizədə əldə olunmuş nəticələr, bu sahədə olan çətinliklər və qarşıda duran problemlərin aradan qaldırılması məsələləri konfransda geniş müzakirə olundu.

Məlumdur ki, qeyri-infeksion xəstəliklərin yükü dedikdə Azərbaycanda və dünyanın bütün ölkələrində ürək-damar, onkoloji xəstəliklər, şəkərli diabet və ağçiyər xəstəliklərinin profilaktikası və onların yükünün azaldılmasından söhbət gedir və burada multidissiplinar yanaşmanın tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Konfransda ürək-damar, onkoloji xəstəliklər, şəkərli diabet və ağciyər xəstəliklərinin profilaktikasına dair məsələlərə xüsusi  yer ayrıldı, onların risk faktorları və o cümlədən fiziki aktivliyin olmaması, artıq çəki və piylənmə, duzun həddən artıq istifadəsi və spirtli içkilərdən sui-istifadə hallarının aradan qaldırılması, ümumiyyətlə, qeyri-infeksion xəstəliklərin iqtisadi yükünün azaldılması üçün aparılan tədqiqatlar və araşdırmaların nəticələri geniş müzakirə edildi. 

Daha çox
Qeyri-infeksion xəstəliklərin iqtisadi yükü və onlarla mübarizə strategiyaları mövzusunda 1-ci Milli Konfrans: Elmi Materiallar
Sabina Babazade
1-18

Davamlı Tibbi Təhsil: yeni məqalələr

EJCS Davamlı Tibbi Təhsil proqramı həkim və orta tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş müstəqil mütaliyə və öyrənmə sistemidir.

Konfranslar və Sərgilər

Ayın videosu

Açar sözlər